Brent markalı neftin qiyməti bazarlarda aşağı aktivlik fonunda bir barel üçün 72,28 dollara qədər bahalaşıb. ABŞ-də 3 iyul ölkənin Müstəqillik Günü ərəfəsində qeyri-iş günüdür.
Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, sentyabr ayı üzrə Brent nefti fyuçerslərinin qiyməti bir barel üçün 72,27 dollar təşkil edib. Bu, əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,64% artım deməkdir.
İyulun 2-də ABŞ və İran arasında danışıqlarda irəliləyişlə bağlı xəbərlər fonunda neftin qiyməti 70,80 dollara qədər geriləmişdi.
İyunun 30-da İran parlamentinin sədri və Vaşinqtonla danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqer Qalibaf bildirib ki, hazırda İranın ticarət gəmiləri və neft tankerləri heç bir məhdudiyyət olmadan fəaliyyət göstərir və Oman körfəzindən keçid zamanı heç bir maneə yaranmır.







