Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verib

Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini açıqlayıb. O, bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Mandatımı artıq öz prinsiplərimə və əqidəmə uyğun şəkildə icra edə bilməyəcəyimi anladığım anda vəzifədən getməyi seçirəm”, – deyə o yazıb.

Muntyanu bildirib ki, hansı vəzifəni tutmasından və dövlət və ya özəl sektorda işləməsindən asılı olmayaraq, Moldovaya xidmət etməyə davam edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər