İran neftinin yapon şirkətlərinə satışı ilə bağlı danışıqlara başlayıb. Bu barədə İran və Qərb mənbələrinə istinadən “Reuters” məlumat yayıb. Qeyd edək ki, Tokio 2018-ci ildən bəri İran neftini idxal etmir.
Nəşrin məlumatına görə, Yaponiyada neft alıcıları ABŞ-nin İran nefti ilə əməliyyatlara icazə verən lisenziyanı uzadacağına da ümid edirlər. Hazırda bu icazə avqustun 21-dək qüvvədədir. Bundan əlavə, onlar Fars körfəzi vasitəsilə gəmilərin təhlükəsiz keçidinin təmin olunacağını gözləyirlər.
Yaponiya 2018-ci ildə ABŞ-nin Tehrana qarşı sanksiyaları sərtləşdirməsindən qısa müddət sonra İrandan neft alışını tamamilə dayandırıb. Bu, ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranın nüvə sazişindən çıxdığını elan etməsindən sonra baş verib.
Bundan sonra Cənubi Koreya, Hindistan və Avropa İttifaqı ölkələri də İran neftinin idxalını dayandırıblar. Həmin vaxtdan etibarən İran neftinin əsas alıcısı Çin olub.
İyunun 18-də ABŞ və İran qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəd İran limanlarının blokadasının aradan qaldırılmasını nəzərdə tutur.
İki gün sonra ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə əməliyyatların avqustun 21-dək həyata keçirilməsinə icazə verən lisenziya təqdim edib.







