Böyük Britaniyanın nüfuzlu “The Banker” jurnalının təqdim etdiyi renkinq cədvəlinə görə, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən dayanıqlı 1000 bankı sırasında qərarlaşıb.
ABB-dan verilən xəbərə görə, renkinq cədvəlində Azərbaycan Beynəlxalq Bankı aktivlərinin həcminə, kapitalın adekvatlıq əmsalına, kapitalın və aktivlərin gəlirliliyinə görə Mərkəzi və Şərqi Avropa ölkələrinə aid ən yaxşı bankların ilk 25-liyində təmsil olunur.
Renkinq cədvəlinin şərh hissəsində “TheBanker” jurnalı ölkəmizin bu regional renkinqin TOP-25-də (Rumıniyanın Transilvania Bankı və Bank of Georgia ilə birgə) ilk dəfə nominant olduğunu xüsusi qeyd edir. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankı I dərəcəli kapitalının artım tempinə görə Mərkəzi və Şərqi Avropa banklarının ilk onluğuna daxil olaraq region üzrə dördüncü yeri tutub.