Naxçıvanda 118 milyon manatlıq vergi ödənişi olub -6 aya

2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 118.3 mln. manatdan çox vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 mln. manat və ya 2.2% çoxdur.

Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyri-dövlət sektorundan büdcəyə 84.4 mln. manat vergi ödənilib ki, bu da illik müqayisədə 6.6 mln. manat və ya 8.4% çoxdur.

Bununla belə, artım tempi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. Belə ki, 2025-ci ilin ilk altı ayında Naxçıvanda vergi daxilolmaları 19.2% və ya 18.6 mln. manat artaraq 115.8 mln. manata çatmışdı. Həmin dövrdə qeyri-dövlət sektorundan vergi daxilolmaları isə 29.2% və ya 17.6 mln. manat yüksəlmişdi.

2026-cı ildə artım tempinin zəifləməsinə baxmayaraq, qeyri-dövlət sektorunun büdcə gəlirlərində çəkisi artmaqda davam edib. Cari ilin ilk yarısında ödənilən vergilərin 71.4%-i qeyri-dövlət sektorunun, 28.6%-i isə dövlət sektorunun payına düşüb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu nisbət müvafiq olaraq 67.3% və 32.7% idi.

Bundan əlavə, 2026-cı ilin yanvar-iyun aylarında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar da müsbət dinamika nümayiş etdirərək ötən ilin eyni dövrü ilə müqayisədə 5.4% artıb və 2.4 mln. manata yaxın olub.

Naxçıvan Muxtar Respublikasında 1 iyul 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz artaraq 23.630, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,4 faiz artaraq 662 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 20,9 faiz artıb və 7.364 təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər