Kiçik biznes neftdən sonrakı əsas resursdur- İqtisadiyyat nazirinin sabiq müşaviri

İqtisadiyyat nazirinin sabiq müşaviri Emil Məcidov hesab edir ki, Azərbaycanda kiçik biznesin inkişafı üçün vergi sistemi maksimum sadələşdirilməlidir. Onun fikrincə, kiçik sahibkarlar üçün çoxsaylı vergi öhdəlikləri əvəzinə vahid və aşağı dərəcəli vergi tətbiq oluna bilər.

Banker.az xəbər verir ki, iqtisadçı Fərhad Pərvizə verdiyi müsahibədə bunu deyib. Mövzu iqtisadçının kiçik və mikro sahibkarlığın fəaliyyətinin hələ də kifayət qədər sadələşdirilməməsi ilə bağlı sualı zamanı gündəmə gəlib. Pərvizi bildirib ki, Dövlət Vergi Xidmətinin açıq API sisteminin olmaması, Vergi Məcəlləsinin mürəkkəbliyi və rəqəmsal həllərin tam tətbiq edilməməsi kiçik sahibkarların işini çətinləşdirir. Onun sözlərinə görə, kiçik sahibkarın telefon vasitəsilə ödəniş qəbul edib vergi uçotunu avtomatik aparması mümkün olmalıdır.

Məcidov isə bu sahədə indiyədək tam həll olunmayan məsələlərin mövcudluğunu qəbul etsə də, bunun əsasən tarixi formalaşmış texnoloji infrastrukturla əlaqəli olduğunu bildirib.

“Qısaca deyə bilərəm ki, bunun texniki və texnoloji səbəbləri var. Bu, tarixi olaraq formalaşmış köhnə (legacy) sistemlə bağlı məsələdir”, – deyə o qeyd edib.

Müsahibənin sonunda İqtisadiyyat Nazirliyinə yenidən qayıdacağı halda ilk hansı iqtisadi aləti tətbiq edəcəyi barədə suala cavab verən Məcidov bildirib ki, prioritet olaraq kiçik biznesi seçərdi.

439587345
Emil Məcidov

“Demək olar ki, bütün vergiləri ləğv edərdim. Sadəcə bir vahid, çox aşağı və son dərəcə sadə vergi qoyardım”, – deyə sabiq müşavir bildirib.

Onun sözlərinə görə, insanları tamamilə vergi sistemindən kənarda saxlamaq düzgün yanaşma deyil. Məcidov hesab edir ki, vətəndaşlar qazancının müəyyən hissəsini sistemə qaytarmalı və bunun təhlükəsizliklə sabitliyin maliyyələşdirilməsinin bir hissəsi olduğunu anlamalıdır.

“Mən dini insan olmasam da hesab edirəm ki, “onda bir” prinsipi ən doğru yanaşmadır. Bu prinsip həm xristianlıqda, həm də İslamda var. Qazancının onda birini ver və mürəkkəb düsturlar qurmağa ehtiyac qalmasın”, – deyə o əlavə edib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər