Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin yekununda Avropa liderlərinə üzərində adları həkk olunmuş tapançalar, döyüş sursatı və silah təmizləmə dəstləri hədiyyə edib. Politico nəşrinin Aİ mənbələrinə istinadən verdiyi məlumata görə, hədiyyələr Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Avropa Şurasının sədri Antoniu Koşteyə, Böyük Britaniyanın Baş naziri Kir Starmerə və Niderlandın Baş naziri Rob Yettenə də təqdim olunub.
Avropa Şurasının nümayəndəsi bildirib ki, Koştenin təhlükəsizlik xidməti tapançanı yoxlamaq üçün artıq təhvil alıb. Fon der Leyenin komandası isə hələlik silahla necə davranacaqlarını açıqlamayıb.
Digər Avropa liderləri hədiyyələrini daha sonra götürmək qərarına gəliblər. Rəsmilərin sözlərinə görə, bahalı tapançaların dəyəri Aİ-də rəsmi hədiyyələr üçün müəyyən edilmiş limitləri aşır. Buna görə də liderlərin bu hədiyyələri şəxsi mülkiyyətlərində saxlaması mümkünsüz görünür.







