23 C
Baku
Tuesday, October 1, 2024

Microsoft-un maliyyə gəlirləri son 7 ildə ilk dəfə azalıb

“Microsoft” maliyyə gəlirlərini açıqlayıb.

APA-nın Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, şirkətin açıqladığı rəqəmlərdə illik və sonuncu rüb gəlirlərinin azaldığı müşahidə olunur.

Ümumilikdə gəlirləri əvvəlki ilə görə 8,8% azalaraq 85,3 mlrd. dollara düşən şirkət, ötən ildə 93,6 mlrd. dollar gəlir əldə edib.

Bununla da 2009-cu ildən bu yana ilk dəfə “Microsoft”un maliyyə gəlirlərində azalma müşahidə olunub.

Şirkətin mənfəəti isə 7,7% azalaraq 16,8 mlrd.a enib.

Qeyd edək ki, “Microsoft” ötən il 18,2 mlrd. dollar mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər