ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində azı bir nəfər ölüb

ABŞ-nin İranın Hörmüzqan əyalətinin bir sıra bölgələrinə endirdiyi yeni zərbələr nəticəsində bir nəfər həlak olub.

Əyalət administrasiyasındakı məlumatlı mənbə axşam saatlarında bir neçə ərazinin, o cümlədən Qeşm adasının hücuma məruz qaldığını təsdiqləyib.

Zərbələrdən sonra bu ərazilərdə bir neçə partlayış səsi eşidilib.

Mənbənin sözlərinə görə, Bəndər-Ləngə dairəsinin Fərur bölgəsində MCI (“Hamrah-e Aval”) mobil rabitə operatorunun əməkdaşı həlak olub, daha iki həmkarı yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

“Axios” portalının jurnalisti Barak Ravid isə ABŞ administrasiyasının nümayəndəsinə istinadən bildirib ki, Amerika hərbçiləri Hörmüz boğazı bölgəsində İranın raket sistemləri və hava hücumundan müdafiə kompleksləri, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerlərinə zərbələr endiriblər.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər