Türkiyə Netanyahunu beynəlxalq axtarışa verib

İstanbul məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu barəsində insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb. Bu barədə Turkiye Today nəşri məlumat yayıb. Məhkəmə prokurorluğun Netanyahunun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi barədə müraciətini təmin edib.

Qərar Benyamin Netanyahu və digər israilli rəsmilər əleyhinə qaldırılmış iddia əsasında qəbul edilib. İddia 2025-ci ilin oktyabrında Qəzza zolağına doğru hərəkət edərkən İsrail hakimiyyəti tərəfindən saxlanılan “Azadlıq Donanması” (Freedom Flotilla) ilə bağlıdır. İstanbul məhkəməsi 2025-ci ilin noyabrında bu iş üzrə Benyamin Netanyahu və digər İsrail rəsmiləri barəsində ilkin həbs qərarı çıxarmışdı.

İttihamlar arasında soyqırımı, qəsdən sağlamlığa ağır zərər vurma, işgəncə, ağırlaşdırıcı hallarda quldurluq, əmlakın məhv edilməsi, qanunsuz azadlıqdan məhrumetmə və nəqliyyat vasitələrinin qaçırılması yer alır.

Bu ilin aprelində İstanbul Prokurorluğu iş üzrə təqsirləndirilən şəxslərin ağırlaşdırıcı hallarla ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. Qurumun bildirdiyinə görə, Türkiyə məhkəmələri beynəlxalq dəniz hüququ normalarına əsasən bu işə baxmaq səlahiyyətinə malikdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər