DOST Agentliyinin Xaçmaz və Qusar binaları 1.6 milyon manata təmir olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) publik hüquqi şəxsi Xaçmaz və Qusar şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Banker.az xəbər verir ki, tenderin qalibi “Omar NN Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Tərəflər arasında 1 milyon 556 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər