Çin aviaşirkətləri bahalaşan aviasiya yanacağı səbəbindən $1,3 milyard itirib

Çinin üç dövlət aviaşirkəti — China Southern Airlines, Air China və China Eastern Airlines — 2026-cı ilin ilk yarısının yekunları üzrə gözlənilən zərərlərlə bağlı tənzimləyici orqanlara məlumat təqdim edib. Bu barədə Nikkei agentliyi xəbər yayıb.

Şirkətlər əsas səbəb kimi ABŞ-nin İranla müharibəsi və neft məhsullarının tədarükündə yaranan fasilələr nəticəsində aviasiya yanacağının bahalaşmasını göstərirlər.

Məlumata görə, üç aviaşirkətin ümumi zərəri təxminən 1,3 milyard dollar təşkil edib.

Analitiklər Çinin “böyük üçlüyü” üçün üçüncü rübün də çətin başlayacağını proqnozlaşdırır və aviaşirkətlərin zərərlə işləməyə davam edəcəyini gözləyirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər