“SOCAR Polymer” MMC 5 vəzifə üzrə vakansiya elan edib.
Şirkətdən verilən məlumata görə, “SOCAR Polymer” MMC kompleks planlama meneceri, SƏTƏM meneceri, böyük istehsalat mühəndisi, texnoloq və zavodda növbə nəzarətçisi üzrə mütəxəssislər axtarır.
Kompleks planlama meneceri – texniki sahədə bakalavr dərəcəsinə, minimum 10 illik müvafiq təcrübəyə, ISO standartları sahəsində güclü biliklərə, güclü liderlik və təqdimat bacarıqlarına və digər keyfiyyətlərə malik olmalıdır.
SƏTƏM menecerindən texniki sahədə bakalavr dərəcəsi və 10 illik təcrübəyə malik olmaqla yanaşı, Sağlamlıq, Təhlükəsizlik, Ətraf mühitin idarə olunması sistemləri, ətraf mühit tullantıları, İnsidentin Komanda Sistemi, Tripod Beta Tool, SƏTƏM Audit üsulları, HEMP, Radioloji Təhlükəsizlik vasitəsilə insidentin araşdırılması sahəsində işçi biliklər də tələb olunur.
Böyük istehsalat mühəndisindən tələblər- texniki sahədə bakalavr dərəcəsi, minimum 10 illik praktiki iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi, istehsalat proses və konsepsiyalarına dair güclü biliklər və digər bacarıqlardır.
Texnoloqdan mühəndislik sahəsində bakalavr dərəcəsi, texnoloji layihələndirmə sahəsində minimum 3 illik iş təcrübəsi, güclü texniki və analitik biliklər, texnoloji layihələndirmə ilə əlaqəli standartlara dair biliklər və digər biliklər tələb olunur.
Növbə nəzarətçisi (Zavod)– mühəndislik sahəsində bakalavr dərəcəsi, minimum 10 illik praktiki iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi, istehsalat prosesi və konsepsiyalarına dair, eləcə də ISO standartları sahəsində güclü biliklərə və digər keyfiyyətlərə malik olmalıdır.