“Oyuncaqlar hekayəsi” franşizası qlobal iqtisadiyyata $50 milyard gəlir gətirib

31 il ərzində “Oyuncaqların hekayəsi” (Toy Story) franşizası qlobal iqtisadiyyata əlavə olaraq 51 milyard dollar gəlir qazandırıb. Töhfənin böyük hissəsi ticarət və xidmət sektorunun payına düşür. Bundan əlavə, turizm, istehsal və əyləncə sənayesi də müsbət təsir hiss edib.

Araşdırmada qeyd olunur ki, franşiza birbaşa Walt Disney şirkətinə 16,2 milyard dollar gəlir gətirib. Bu məbləğə bilet satışları, suvenir məhsulları və filmlərin evdə baxış üçün icarəsindən əldə olunan gəlirlər daxildir. Disney-in brend direktoru Əsəd Ayaz Variety nəşrinə bildirib ki, “Oyuncaqların hekayəsi” şirkətin ən uğurlu animasiya franşizasıdır və ilk filmin nümayişindən keçən 30 il ərzində tamaşaçı marağını qoruyub saxlayan başqa belə layihə yoxdur.

Franşizanın ilk filmi 1995-ci ildə ekranlara çıxıb və dünya üzrə 375 milyon dollar gəlir əldə edib. Hazırda ən çox gəlir gətirən film 2019-cu ildə nümayiş olunan dördüncü hissədir — onun qlobal kassa gəliri 1,071 milyard dollar təşkil edib. Bununla belə, bu il təqdim olunan beşinci hissənin bu rekordu yeniləmək şansı yüksək qiymətləndirilir. Film nümayişə çıxdıqdan cəmi bir ay sonra dünya üzrə 884 milyon dollar gəlir əldə edib. Disney şirkəti filmlərin populyarlığını nəzərə alaraq altıncı hissənin də çəkilə biləcəyini istisna etmir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər