Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib

Azərbaycanda ödəniş təşkilatı lisenziyasına malik “Fizza Pay” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarına əsasən bu vəzifəyə Kamran Məhəmməd oğlu Qaravəliyev təyin edilib.

Bununla da, o, bu vəzifədə Azad Nizami oğlu Dursunovu əvəz edib.

Şirkətin yeni rəhbəri Kamran Qaravəliyev uzun illər ödəniş sistemləri və bank sektorunda backend proqram təminatının hazırlanması sahəsində çalışıb. O, bundan əvvəl “GoldenPay” ASC-də baş backend tərtibatçısı vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki,  “Fizza Pay” MMC 29 noyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 848 100 manatdır. “Fizza Pay” MMC-yə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən 28 avqust 2024-cü il tarixindəlisenziya verilib. Şirkət ödəniş əməliyyatlarının ekvayrinqi, həmçinin ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti istiqamətləri üzrə fəaliyyət göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər