Azərbaycanın xaricə xurma satışı azalıb

2026-cı ilin yanvar-iyun ayında Azərbaycandan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 527 ton xurma ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı bu ilin ilk altı ayında ötən illə müqayisədə dəyər ifadəsilə 3% azalıb, miqdar ifadəsilə 12% azalıb.

Azərbaycandan ötən ilin eyni aylarında 32 milyon 946 min dollar dəyərində 45 835 ton xurma ixrac edilmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər