Nikkei indeksi ABŞ-də süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşmasından sonra 3% geriləyib

Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasında ticarət ABŞ-də süni intellekt və yarımkeçirici sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinin kəskin ucuzlaşmasının təsiri ilə ciddi enişlə başlayıb.

Hərrac məlumatlarına əsasən, sessiyanın əvvəlində Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymət dinamikasını əks etdirən Nikkei indeksi 3% azalaraq 64 802,78 bəndə enib.

Yerli analitiklərin sözlərinə görə, ABŞ bazarındakı ticarətin nəticələri investorların əhval-ruhiyyəsinə mənfi təsir göstərməkdə davam edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər