Azərbaycanda yanacaq satışından əldə olunan gəlir 2 milyard manatı ötdü

2026-cı ilin yanvar-iyun ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 2 milyard 38 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 5.2% çoxdur.

Qeyd edək ki, cari ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 6.3 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər