2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 912.7 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 24.9% artıb.
Bu ilin 6 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.







