“PAŞA Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişiklik baş verib.
“APA-Economics” xəbər verir ki, şirkətin İdarə Heyətinə iki yeni üzv əlavə olunub.
İdarə Heyətinin yeni üzvləri Lalə Cəfərova və Rüstəm Məmmədovdur.
Qeyd edək ki, bununla da İdarə Heyətinin üzvlərinin sayı 3-dən 5-ə yüksəlib. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, sədrin birinci müavini Niyaz İsmayılov, digər müavin isə Dilarə Babayevadır.