ASCO sədrindən yeni təyinat

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni kadr təyinatı olub.

Bu barədə qurumun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məhəmməd Topalov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin İstismar-kommersiya departamentinin rəisi təyin edilib.

Qeyd edək ki, o, son təyinata qədər “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin müşaviri postunda çalışıb.

MənbəÖlkə.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər