İran Hörmüz boğazından Omana gəmilərin hərəkəti üçün yeni həll yolu təklif edilib.
Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
“Hörmüz boğazının minalardan təmizlənməsi məsuliyyəti İranın üzərinə düşür”, – Qəribabadi qeyd edib.
O həmçinin bildirib ki, İran Omanın suverenliyini pozmaq niyyətində deyil: “İran Hörmüz boğazı üzərindəki suverenliyini istənilən vasitə ilə müdafiə edəcək və heç bir halda bu boğazın cənub marşrutunu qəbul etməyəcək”.
İranın XİN-in rəsmisi ABŞ ilə danışıqlar mövzusuna da toxunub. “Bu günə qədər biz ABŞ ilə İslamabad razılaşması çərçivəsində heç bir danışıqlar aparmamışıq”, – o vurğulayıb.
K.Qəribabadinin sözlərinə görə, İran ABŞ ilə danışıqlar barədə heç bir tələb irəli sürməyəcək.
Xatırladaq ki, iyulun 18-də Qəribabadi İranın İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırdığını açıqlayıb.






