Azərbaycanda aqrar sahədə fəaliyyətdə olan aqrar şirkətlər qrupunun xalis mənfəəti azalıb

Azərbaycanda fəaliyyət göstərən aqrar yönümlü korporativ şirkətlər qrupu “A.M.O” MMC-nin konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, cəmiyyətin gəlirləri 2025-ci ildə 7.85 milyon manat təşkil edərək 2024-cü ildəki 7.6 milyon manatla müqayisədə 3.29 faiz artıb.

Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, satılan malın maya dəyəri 597 min manatdan 450 min manata düşərək 25 faiz azalmış, inzibati xərclər isə 5.55 milyon manata yüksələrək təxminən 7.6 dəfə artıb.

Hesabat dövründə cəmiyyətin xalis mənfəəti 4.99 milyon manatdan 1.57 milyon manata enərək illik müqayisədə 68.59 faiz azalıb.

MMC-nin cəmi aktivləri 2024-cü ilin sonundakı 18.61 milyon manatdan 67.63 faiz artaraq 2025-ci ilin sonunda 31.20 milyon manata çatmışdır.

Eyni dövrdə cəmiyyətin kapitalı 3.43 milyon manatdan 4.99 milyon manata çataraq 45.48 faiz çoxalmış, bölüşdürülməmiş mənfəəti isə 0.61 milyon manatdan 2.17 milyon manata qalxaraq 257.97 faiz artmışdır.

Maliyyələşmə strukturunda uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 7.18 milyon manatdan 17.03 milyon manata yüksələrək 137.18 faiz artmış və cəmi uzunmüddətli öhdəlikləri təşkil etmişdir.

Xatırladaq ki, “A.M.O” Məhdud Məsuliyyətli Cəmiyyəti 18 aprel 1995-ci il tarixində qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 1.69 milyon manatdır. Təsisçiləri Babayev Vüqar Ağamir oğlu (3 pay), Babayev Rəşad Ağamir oğlu (3 pay) və Babayev Rəşad Bəxtiyar oğludur (4 pay). Qanuni təmsilçisi Babayev Xətai İxtiyar oğludur. Cəmiyyətin 100 faizlik (10 pay) təsisçiliyi ilə 0.69 milyon manat nizamnamə kapitalına malik “SHIBAGRO” MMC adlı törəmə müəssisəsi fəaliyyət gösterir.

AMO Corporate Group-un tərkibinə meyvə və tərəvəz məhsullarının idxalı, ixracı və topdansatışı ilə məşğul olan AMOTRADE MMC, logistika və beynəlxalq yükdaşımaları sahəsində fəaliyyət göstərən AMO (Amotrans) MMC, qrupun ticarət və əməliyyat fəaliyyətini həyata keçirən AMODO MMC, eləcə də kənd təsərrüfatı və istehsal istiqamətində fəaliyyət göstərən AMOGRO (Amoris brendi) daxildir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər