İran ABŞ İslam Respublikasının ərazisinə endirdiyi zərbələri dayandırmayana qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq və gəmilərin boğazdan keçidinə icazə verməyəcək. Bu barədə Fars agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, “ABŞ tərəfindən düşmənçilik xarakterli hərəkətlər davam etdiyi müddətdə Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək” və heç bir gəmiyə keçid icazəsi verilməyəcək.
ABŞ-İran qarşıdurmasının növbəti mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton ilə Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə hücum edildiyi iddiasına cavab olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Həmin gün ABŞ prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəsin qüvvədən düşdüyünü bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.







