Azərbaycanda fəaliyyət göstərən banklar arasında aktivlərin mənfəətliliyi (Return on Assets – ROA) üzrə lider 2026-cı ilin ikinci rübünün yekunlarına görə Bank Melli İran Bakı filialı olub. Bankın ROA göstəricisi 3,83% təşkil edib.
Banker.az-ın tərtib etdiyi renkinqə əsasən, ikinci yerdə Bank VTB (Azərbaycan) 3,46%, üçüncü yerdə isə Kapital Bank 3,34% ROA ilə qərarlaşıb. İlk beşliyi ABB (3,27%) və AccessBank (3,15%) tamamlayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük yaxşılaşma ABB-də qeydə alınıb. Bankın ROA göstəricisi 2,21%-dən 3,27%-ə yüksələrək 1,06 faiz bəndi artıb. Sonrakı yerlərdə Kapital Bank (+0,92 faiz bəndi), Unibank (+0,73 faiz bəndi), Premium Bank (+0,84 faiz bəndi) və Expressbank (+0,70 faiz bəndi) qərarlaşıb.
Ən böyük geriləmə isə Bank Avrasiyada müşahidə olunub. Bankın aktivlərin mənfəətliliyi 4,52%-dən 0,86%-ə enərək 3,66 faiz bəndi azalıb. Bundan başqa, Yelo Bankın ROA göstəricisi 1,27 faiz bəndi, AFB Bankın 1,65 faiz bəndi, Bank Melli İran Bakı filialının 1,38 faiz bəndi, PAŞA Bankın isə 0,62 faiz bəndi aşağı düşüb.
ROA (Return on Assets) bankın aktivlərindən nə dərəcədə səmərəli istifadə edərək mənfəət əldə etdiyini göstərən əsas göstəricilərdən biridir və xalis mənfəətin orta aktivlərə nisbəti əsasında hesablanır.







