Financial Times: ABŞ Venesuela neftinin satışından $13 milyard qazanıb

ABŞ hakimiyyəti yanvar ayında Venesuela neftinin ixracına nəzarəti ələ keçirdikdən sonra onun satışından təxminən 13 milyard dollar gəlir əldə edib. Bu barədə Financial Times öz hesablamalarına istinadən yazır.

Nəşrin sorğuladığı analitiklər xatırladırlar ki, neft gəlirləri Venesuelanın ÜDM-nin təxminən dörddəbirini təşkil edir və sanksiyaların yumşaldılmasının ölkə iqtisadiyyatına əhəmiyyətli müsbət təsir göstərəcəyi gözlənilirdi. Lakin ekspertlər Venesuela iqtisadiyyatında bərpa əlamətlərinin hələ də zəif göründüyünü bildirir və bunu ABŞ-nin neftdən əldə olunan bütün gəlirləri ölkəyə qaytarmaması ilə əlaqələndirirlər.

“Trampın Venesuelaya müdaxiləsi əvvəldən neft, hakimiyyət və korrupsiya ilə bağlı olub. Bununla yanaşı, Venesuelanın milyardlarla dollarlıq neft gəlirləri Tramp administrasiyası tərəfindən şəffaflıq və təminatlar olmadan idarə edilib”, – ABŞ Demokratlar Partiyasından konqresmen Xoakin Kastro Financial Times-a müsahibəsində bildirib.

Venesuela hökuməti neftin Amerika şirkətlərinə satışından əldə olunan gəlirləri izləmək üçün sayt yaradıb. Lakin hazırda saytda yalnız bir qeyd var – mart ayında həyata keçirilmiş 300 milyon dollarlıq köçürmə.

İyulun 21-də ABŞ Konqresində keçirilən iclasda Respublikaçılar Partiyasını təmsil edən Mariya Elvira Salazar Venesuelaya məxsus vəsaitlərlə bağlı hesabatların dərc olunmasına çağırıb.

Financial Times qeyd edir ki, Venesuela neftinin satışından əldə olunan vəsaitlərin taleyi iyunun 24-də baş vermiş iki dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. BMT-nin hesablamalarına görə, iqtisadi zərər təxminən 37 milyard dollar təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər