Azərbaycanda fəaliyyət göstərən banklar arasında kapitalın mənfəətliliyi (Return on Equity – ROE) göstəricisinə görə lider 2026-cı ilin ikinci rübünün yekununda Kapital Bank olub.
Banker.az-ın bankların maliyyə hesabatları əsasında apardığı hesablamalara görə, Kapital Bankın ROE göstəricisi 0,33 (33%) təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,28-dən yüksəlib.
İkinci yerdə Bank Respublika qərarlaşıb. Bankın kapitalının mənfəətliliyi 0,26 (26%) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib. İlk üçlüyü isə ABB tamamlayıb. Bankın ROE göstəricisi 0,22 (22%) olub və bu göstərici bir il əvvəlki 0,16-dan yüksəlib.
İlk beşlikdə həmçinin AccessBank (21%) və Bank of Baku (18%) yer alıb.
İllik müqayisədə kapitalın mənfəətliliyini ən çox artıran bank Unibank olub. Bankın ROE göstəricisi 8 faiz bəndi artaraq 8%-dən 16%-ə yüksəlib. Sonrakı yerlərdə ABB (+6 faiz bəndi), Kapital Bank (+5 faiz bəndi), Expressbank (+5 faiz bəndi) və TuranBank (+5 faiz bəndi) qərarlaşıb/
ROE (Return on Equity) bankın səhmdar kapitalından nə dərəcədə səmərəli istifadə etdiyini göstərən əsas gəlirlilik göstəricilərindən biridir və xalis mənfəətin orta kapitala nisbəti əsasında hesablanır.







