Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsinin, Albalılıq və Atçılıq yaşayış massivlərinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, Oktyabr, R. Axundov, L. Məmmədbəyova küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.






