Samsung Wallet tətbiqinə steyblkoin dəstəyi əlavə edəcək

Samsung Galaxy Unpacked 2026 konfransında Samsung Wallet tətbiqinə gələcəkdə steyblkoin dəstəyinin əlavə olunacağını elan edib.

Tətbiqin təqdimatı zamanı ekranda Circle şirkətinin USDC steyblkoini nümayiş etdirilib. Bununla belə, təqdimatda Samsung-un Circle və ya Tether ilə tərəfdaşlıq etdiyi açıqlanmayıb. Həmçinin hansı steyblkoinlərin dəstəklənəcəyi və bu funksiyanın hansı ölkələrdə əlçatan olacağı barədə məlumat verilməyib.

Şirkət bildirib ki, Samsung Wallet gələcəkdə ödəniş xidmətlərini, loyallıq proqramlarını və rəqəmsal aktivləri vahid platformada birləşdirəcək.

Ötən ilin oktyabrında ABŞ-də Samsung Wallet istifadəçiləri kriptovalyuta birjası Coinbase-in premium abunəliyinə çıxış əldə etmişdilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər