ATB-nin əməkdaşı VI “Yüksəliş” müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.

Çalışdığı sahədə intellektual səviyyəsi və idarəetmə bacarıqları ilə fərqlənən potensialları üzə çıxaran və kadr ehtiyatı bankının yaradılmasını təmin edən bu müsabiqənin qalibləri sırasında  Azər Türk Bankın əməkdaşı Fərid Nadirov da vardır.

Nadirov ATB-nin Korporativ Bankçılıq departamentində şöbə rəisi vəzifəsində çalışır. O, Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər