“Zolotaya Korona” ödəniş sistemi vasitəsilə Azərbaycandan Rusiyaya pul köçürmələri hazırda mümkün deyil. TASS agentliyinin müxbiri bunu ölkənin bir neçə bankı ilə əlaqə saxlayaraq müəyyən edib.
Unibank və Yelo Bank bildiriblər ki, hər iki bank “Zolotaya Korona” sistemini dəstəkləsə də, xidmətin fəaliyyətində yaranmış problemlər səbəbindən Azərbaycandan Rusiyaya pul köçürmələri müvəqqəti olaraq həyata keçirilmir.
VTB Azərbaycan isə bankın ümumiyyətlə “Zolotaya Korona” sistemi vasitəsilə köçürmələr həyata keçirmədiyini açıqlayıb.
“Zolotaya Korona”nın rəsmi saytında da Azərbaycan nə pul göndərilməsi, nə də pul qəbulu üçün əlçatan ölkələr siyahısında yer almır.







