Azər Əmirov: “Yeni maliyyə alətlərinin cəlbediciliyinin artırılması istiqamətində işlər gedir”

Azərbaycanda yeni maliyyə alətlərinin cəlbediciliyinin artırılması istiqamətində işlər gedir.

Bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, hazırda maliyyə bazarlarının tənzimlənməsi baxımından əsas prioritetlərdən biri maliyyə alətlərinin diversifikasiyasıdır: “Məqsəd yeni maliyyə alətlərinin tətbiqi və onların investorlar üçün cəlbediciliyinin artırılmasıdır. Bu çərçivədə daha əvvəl də qeyd etdiyimiz investisiyaların sığortalanması mexanizminin yaradılması məsələsi gündəmdədir”.

O bildirib ki, bununla yanaşı, “yaşıl maliyyə” kimi alternativ maliyyə alətlərinin bazarda formalaşması üçün qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır: “Lakin bu təşəbbüslər hələlik layihə mərhələsindədir”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər