Brent neftinin qiyməti iyulun 17-dən bəri ilk dəfə 85 dollardan aşağı enib

Londonun ICE birjasında sentyabr tədarüklü Brent markalı neft fyuçerslərinin qiyməti bu il iyulun 17-dən bəri ilk dəfə bir barel üçün 85 dollardan aşağı düşüb. Bunu hərrac məlumatları göstərir.

Bakı vaxtı ilə saat 12:50-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 4,14% azalaraq bir barel üçün 84,7 dollar olub.

Saat 12:55-ə olan məlumata əsasən, eniş tempi zəifləyib və Brent markalı neft 3,49% ucuzlaşaraq 85,28 dollar səviyyəsində ticarət olunub.

Eyni zamanda, avqust tədarüklü WTI markalı neft fyuçerslərinin qiyməti 2,92% azalaraq bir barel üçün 80,2 dollara düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər