Apple ABŞ-də cihazlarının lizinq proqramını istifadəyə verib

Apple ABŞ-də həm onlayn, həm də pərakəndə mağazalarda əlçatan olan Apple Upgrade adlı yeni lizinq proqramını təqdim edib. Proqram iPhone, Apple Watch, Mac və iPad cihazlarını əhatə edir. Layihənin tərəfdaşı Klarna maliyyə xidmətidir.

Proqrama əsasən, iPhone və Apple Watch üçün lizinq müqavilələri 12 və ya 24 ay, Mac və iPad üçün isə 24 və ya 36 ay müddətinə bağlana bilər.

Aylıq ödənişlər iPhone üçün 17,99 ABŞ dollarından, Apple Watch üçün 11,99 ABŞ dollarından, Mac üçün 24,99 ABŞ dollarından, iPad üçün isə 11,99 ABŞ dollarından başlayır.

İstifadəçilər köhnə cihazlarını Apple Trade In proqramı çərçivəsində təhvil verərək endirim əldə edə və ya ödənişi Apple Card ilə etdikdə keşbek qazana bilərlər.

9to5Mac yazır ki, lizinq müddəti başa çatdıqdan sonra müştərilər cihazı yenisi ilə əvəz edə, tam şəkildə satın ala və ya geri qaytara bilərlər. Cihazı satın almaq istəyən istifadəçi artıq etdiyi ödənişlərlə cihazın tam qiyməti arasındakı fərqi ödəməlidir.

Bloomberg iyulun sonunda mənbələrə istinadən xəbər vermişdi ki, Apple bu proqramı təqdim etməyə hazırlaşır. Agentliyin məlumatına görə, şirkət yaddaş bazarında yaranmış çatışmazlıq fonunda cihazlarının qiymətlərini artırdıqdan sonra Apple Upgrade proqramını istifadəyə verməyi planlaşdırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər