“Türkiye Petrolleri” şirkəti BP-nin Kərkükdəki törəməsi olan “BP Energy Company of Kirkuk Limited” kampaniyasının 15 faizini satın alıb
Banker.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkə hesabında paylaşım edib.
Bu barədə sənəd İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.
“Kərkükün qədim torpaqları ilə tarixi əlaqəmiz bu gün ölkəmizin parlaq gələcəyinə güc verən tamamilə yeni bir enerjiyə çevrilir”, – nazir vurğulayıb.
BP ilə əldə edilən anlaşmanın əhatə etdiyi ərazidə 3 milyard bareldən çox neft ekvivalentində karbohidrogen ehtiyatlarının olduğu bildirilir.







