Bank sektorunda çalışanların sayı 27,5 min nəfərə çatıb

2026-cı il iyunun 30-na Azərbaycanda fəaliyyət göstərən bank sektorunda çalışanların sayı artıb.

Banker.az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, hesabat ayı ərzində bank sektorunda çalışanların sayı 88 nəfər və ya 0,3% artaraq 27 min 462 nəfərə yüksəlib.

İyunun sonuna ölkədə fəaliyyət göstərən 22 bankın ümumilikdə 504 filialı və 83 şöbəsi fəaliyyət göstərib. Həmin tarixə bankların istifadəsində olan ATM-lərin sayı isə 3 503 ədəd təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər