®Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında yaxından iştirak edən ABB bu istiqamətdə daha bir addım atıb. Bank tarixi zəfərimizin rəmzi olan Şuşa şəhərində də yeni filialını istifadəyə verib.
ABB-nin Şuşa filialı Şuşa şəhəri, Gövhər Ağa küçəsi, Giriş nömrə 13 ünvanında müştərilərin xidmətindədir. Filial Bankın yeni inkişaf konseptinə uyğun qurularaq müasir bankçılıq texnologiyaları ilə təchiz edilib.
Qarabağda fəaliyyət göstərən bizneslərin, fərdi müştərilərin universal maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi, Şuşa filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.
İşğaldan azad edildikdən sonra hazırda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilən Qarabağın dirçəlişində, regionda böyük iqtisadi layihələrin reallaşdırılmasında, o cümlədən kiçik və orta biznesin inkişafında ABB-nin Şuşa filialı mühüm rol oynayacaq. Şuşada yeni filial açmaqla ABB regionda məşğulluğa da töhfə verib. Belə ki, yeni filialın əməkdaşları Böyük Qayıdış Proqramı çərçivəsində Şuşada və ətraf bölgələrdə daimi məskunlaşmış keçmiş məcburi köçkünlər arasından seçilib.
Xatırladaq ki, 2024-cü ildən Xankəndidə də ABB-nin filialı fəaliyyət göstərir. Ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra ABB Xankəndidə filial açmış ilk bank olub. Bu il isə Xankəndidə Bankın Məlumat Mərkəzi də yaradılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.






