Azərbaycanda sığorta bazarının RENKİNQİ – Liderlərin bazar payı artıb (2026, ilk iki rüb)

Azərbaycanda sığorta bazarında liderlik mövqeyini “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” qoruyub.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin II rübündə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi yığımları 867.4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6.8% artım deməkdir. Bu dövrdə “PAŞA Həyat Sığorta” 421.6 milyon manat sığorta haqqı toplayaraq bazarın 48.6%-nə, “PAŞA Sığorta” isə 209.1 milyon manat yığımla 24.1%-nə sahib olub. Nəticədə, hər iki şirkətin birgə bazar payı 2025-ci ilin II rübündəki 70.5%-dən 2026-cı ilin II rübündə 72.7%-ə çatıb.

İkinci rübdə sığorta ödənişləri isə illik müqayisədə 27.3% artaraq 546.7 milyon manata yüksəlib. Bu göstərici bazarın zərərlilik əmsalını da artırıb. Belə ki, ümumi zərərlilik əmsalı ötən ilin eyni dövründəki 53%-dən bu il 63%-ə yüksəlib. Başqa sözlə, sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının orta hesabla 63 manatını müştərilərə ödəniş kimi qaytarıblar.

324243

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər