Azərbaycan Auditorlar Palatası iki audit şirkəti ilə bağlı qərarlar qəbul edib.
Banker.az xəbər verir ki, Palatanın qərarına əsasən, “GR Audit” MMC-nin auditor fəaliyyəti üçün verilmiş AT/326 nömrəli lisenziyanın qüvvəsi dayandırılıb. 2025-ci ildə təsis edilmiş şirkətin hazırda təxminən 13 067 manat vergi borcu var.
Eyni zamanda, “Libra Consulting” MMC-yə auditor fəaliyyəti ilə məşğul olmaq üçün AT/381 nömrəli yeni lisenziya verilib. Lisenziya 14 iyul 2026-cı il tarixindən 14 iyul 2031-ci il tarixinədək etibarlıdır.
Bundan başqa, “LEGAL AUDİTOR COMPANY” MMC-yə auditor fəaliyyəti ilə məşğul olmaq üçün AT/382 nömrəli lisenziya verilib. Şirkətin direktoru Məmmədov Ziya Şahin oğludur. Lisenziya 31 iyul 2026-cı ildən 31 iyul 2031-ci ilədək qüvvədə olacaq.
Palatanın qərarı ilə “PROUD AUDİT” MMC-nin auditor fəaliyyəti üçün verilmiş AT/275 nömrəli lisenziyanın da qüvvəsi ləğv edilib. Şirkətin direktoru Vəliyeva Firuzə Qiyas qızıdır. Sözügedən lisenziya 24 iyun 2023-cü ildən etibarən qüvvədə olub.







