Neftin qiymətində ötən günə nisbətdə ucuzlaşma müşahidə olunur.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,13$ yəni 0,29% ucuzlaşaraq 44,06$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,12$ (0,26%) azalaraq 45,57$ təklif olunub.