Azərbaycanda ödəniş kartlarının sayı 22,8 milyona yaxınlaşıb

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir.

Banker.az-ın  iyun 2026-cı il üzrə statistikaya istinadən verdiyi məlumata görə, bankların və “Azərpoçt” MMC-nin sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrlə müqayisədə 10,4% artıb.

İyun ayının sonuna ölkədə 22 milyon 798 min ödəniş kartı dövriyyədə olub.

Eyni dövrdə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi 14,5% artıb.

Ödəniş infrastrukturunda da artım qeydə alınıb. Bankomatların sayı 4,4%, POS-terminalların sayı isə 16,9% yüksəlib.

POS-terminal şəbəkəsinin kartların sayından daha sürətli böyüməsi nağdsız ödəniş imkanlarının genişlənməsini göstərir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər