Azərbaycanda icbari avtomobil mülki məsuliyyətinin icbari sığortası bazarında 2026-cı ilin birinci rübündə 91,5 milyon manat sığorta haqqı (yığım) toplanıb. Banker.az-ın əldə etdiyi məlumata görə, bu, altı bazar iştirakçısı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% yüksəldiblər.
Hesabat dövründə şirkətlər tərəfindən bu sığorta növü üzrə 75,9 milyon manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin həcmi illik müqayisədə 18,1% artıb.
Nəticədə, sektor üzrə zərərlilik əmsalı (ödənişlərin yığımlara nisbəti) 76,2%-dən 82,9%-ə yüksəlib.
Yığımın həcminə görə bazar lideri PAŞA Sığorta olub. Şirkət 2026-cı ilin ilk üç ayında 48,1 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,5% artım deməkdir.
İkinci yerdə Atəşgah Sığorta Şirkəti qərarlaşıb. Şirkətin yığımları 19,3 milyon manat, ödənişləri isə 13,2 milyon manat olub.
İlk üçlüyü Qala Sığorta tamamlayıb. Şirkət 9,9 milyon manat sığorta haqqı toplayıb və 7,6 milyon manat ödəniş həyata keçirib.
Qeyd edək ki, Xalq Sığorta 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatında icbari avto-sığorta üzrə yığım və ödəniş göstəricilərini ayrıca açıqlamayıb.



![İcbari avto-sığorta üzrə yığımlara görə şirkətlərin RENKİNQİ [2026-cı ilin ilk yarısı] 1 1785304745401 1](https://banker.az/wp-content/uploads/2026/07/1785304745401-1.png)



