Azərbaycanda şirkətin kapitalı kəskin azaldılıb

“Sinay Group” MMC nizamnamə kapitalının kəskin şəkildə azaldıldığını elan edib.

Banker.az xəbər verir ki, şirkətin rəsmi elanına əsasən, “Sinay Group” MMC-nin (VÖEN: 1405509591) nizamnamə kapitalı 305 min 10 manatdan 10 manata endirilib.

Beləliklə, şirkətin nizamnamə kapitalı 305 min manat və ya təxminən 99,997% azaldılıb.

Dövlət Vergi Xidmətinin məlumatına görə, “Sinay Group” MMC 27 aprel 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 118, mənzil 15-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Lukman Mirzəyev Abdullayeviçdir. Dövlət reyestrindən son çıxarış isə 15 fevral 2024-cü il tarixində verilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər