ABB-də təyinat olub

Sığorta sektorunda uzun illər fəaliyyət göstərən Orxan Şirinli karyerasını bank sektorunda davam etdirəcək.

Banker.az-ın əldə etdiyi məlumata görə, Orxan Şirinli 2026-cı ilin iyul ayından etibarən ABB-də Baş Strategiya İnzibatçısının müşaviri vəzifəsinə təyin edilib.

O, bu təyinata qədər təxminən 18 il “Atəşgah” Sığorta Şirkətində çalışıb. Son olaraq 2018-ci ilin oktyabr ayından 2026-cı ilin iyul ayınadək şirkətin sədr müavini vəzifəsini icra edib. Bundan əvvəl isə maliyyə departamentinin direktoru, baş aktuari, anderraytinq və məhsulların inkişafı departamentinin direktoru kimi müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Əmək fəaliyyətinə 2007-ci ildə “Qafqaz Sığorta”da sığorta meneceri kimi başlayan Orxan Şirinli, 2013-cü ildə qısa müddət ərzində Azərbaycan Universitetində sığorta fənnini də tədris edib.

Orxan Şirinli Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər