“SOCAR Petroleum” Naxçıvana benzin və dizel daşınmasını 17.2 milyon manata bu şirkətə tapşırdı

Naxçıvan Muxtar Respublikasına neft məhsullarının daşınması ilə bağlı keçirilən iri həcmli tender yekunlaşıb.

Banker.az xəbər verir ki, “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş “Naxçıvan Muxtar Respublikasına neft məhsullarının (benzin və dizel) daşınması xidməti” üzrə açıq tenderin qalibi “Predsol” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qalib şirkətlə bağlanan satınalma müqaviləsinin ümumi dəyəri 17 172 115 manat təşkil edir. Müqaviləyə əsasən, “Predsol” MMC Naxçıvan Muxtar Respublikası ərazisinə benzin və dizel yanacağının daşınması xidmətlərini icra edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər