“Azərenerji” suyun duzsuzlaşdırılması zavodu üçün 20.6 milyon manat ayırdı

Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı üzrə keçirilən iri həcmli satınalma müsabiqəsi yekunlaşıb.

Banker.az xəbər verir ki, “Azərenerji” Açıq Tipi Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş “Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı üzrə 110 kV-luq EVX-nin tikintisi və elektrikquraşdırma işləri” müsabiqəsinin qalibi “Azəelektrik Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 20 645 330 manat təşkil edir.

Müqavilə çərçivəsində “Azəelektrik Tikinti Quraşdırma” MMC zavodun xarici elektrik təchizatını təmin etmək üçün 110 kV-luq elektrik verilişi xətlərinin tikintisi və müvafiq elektrikquraşdırma işlərini icra edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər