Ümumtəhsil məktəblərinin yüksəksürətli internetlə təmin edilməsi və distant təhsil imkanlarının genişləndirilməsi istiqamətində növbəti iri həcmli satınalma başa çatıb.
Banker.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması, eləcə də şagirdlərin distant təhsilə cəlb olunması məqsədilə keçirilən müsabiqənin qalibi “Texno Lyuks M” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanan satınalma müqaviləsinin ümumi dəyəri 7 990 080 manat təşkil edir.
Müqavilə çərçivəsində “Texno Lyuks M” MMC məktəblərin daxili şəbəkələrinin qurulmasını və fiber-optik infrastruktur vasitəsilə yüksəksürətli internetə qoşulmasını təmin edəcək.







