1 . Sfinksi canlandır
Oyunçuların sayı: müxtəlif
Əlavələr: kibritlər
İştirakçılar bir-biriləri ilə üzbə-üz dayanırlar və yaxud əyləşirlər. Birinci oyunçunun öhdəlikləri – kipriklərinin üzərində bacardığı qədər uzun müddətə kibrit çubuğunu saxlamaq.İkinci oyunçunun öhdəlikləri: əllərini dizlərinin üstündə tutaraq sfinksi ( birinci iştirakçını) kibrit çubuğunu düşürməsi üçün utandırmaq. Sonra isə iştirakçılar yerlərini dəyişirlər.
2 . Qatil
Oyunçuların sayı: müxtəlif
Əlavələr: qəpiklər
Oyun kiçik qruplar üçün nəzərdə tutulub. Hər kəs dairəvi şəkildə əyləşir. Oyun rolları bölüşdürməklə başlayır. İştirakçıların sayına uyğun qəpiklər seçilir.
Qəpiklərin içərisində birinin rəngi seçilməlidir. Kimə bu qəpik düşsə, həmən şəxs qatildir.
Oturanlar bir-birilərinin gözlərinin içinə baxırlar. Qatil göz-gözə qarşılaşdıqlarını “öldürməyə” başlayır ( göz vuraraq ) . “Öldürülən” ucadan elan edir:
– Öldürüldüm!
“Qatil” in kim olduğundan şübhlənən kəs deyir :
– Şübhələnirəm.
Lakin “qatil”in kim olduğunu yanız iki nəfər eyni anda elan edə bilər. İkinci şübhələnən tapılana qədər birincisi “öldürülə” bilər.
3 . Mafiya
Oyunçuların sayı: müxtəlif
Hər kəs dairə şəklində oturur. Bir aparıcı seçilir. Oyunçular aparıcının hazırladığı püşkləri çəkirlər. Nəticələrə görə 1 komissar, bir neçə mafiozi və üstünlük təşkil edən dinc əhali seçilir. Püşk çəkmənin nəticələri məxfi saxlanılmalıdı.
Daha sonra isə hər kəs bir-birinə baxaraq kimin mafiozi olduğunu təyin etməyə çalışır. Əgər çoxluq bir nəfərin mafiya olduğuna səs versə, həmən kəs oyundan çıxardılır.
Sonra “gece” olur və hər kəs gözlərini yumur. Yalnız sağ qalmış mafiozilər gözlərini açırlar və işarələrlə bu gün kimi öldürdüklərinə qərar verirlər.
Gözlərini yumurlar. Sonra isə komissar çıxış edir. O, kimin mafiozi olduğunu təxmin edir. Əgər düz tapsa, mafiozi oyunu tərk edir. Səhv tapsa isə, sakin oyunu tərk edir.
Oyun mafiyanın və yaxud dinc əhalinin qalib gələcəklərinə qədər davam edir.
Qeyd: komissar dinc əhali tərəfindən və yaxud mafiya tərəfində oyundan çıxardıla bilər.
4 . X-FİLES
Oyunçuların sayı: müxtəlif
Bu çox maraqlı bir oyundur və iştirakçılara bir-birilərini tanımağa kömək edir. Bu “Şəhərlər” oyununa bənzəyir. Oyun hər kəsin rahat oturub və onlara müxtəlif sözlərin təqdim olunmasından ibarətdir. Sonra isə iştirakçı cümləni eşitdikdən sonra ağlına gələn ilk sözü deyir. Onda sonrakı iştirakçı isə öncəki sözə uyğun söz fikirləşir. Uydurulmuş sözlər əksər hallarda çox gülməli olurlar.
Bu oyunlar insanların daha öncələr məlum olmayan xüsusiyyətlərini müəyyənləşdirirlər.