Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.







