“Fintrend” BOKT-un dövlətə 407 min manata yaxın vergi borcu var

“Fintrend” BOKT MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Fintrend” BOKT-un vergi borcu 406 689.54 manatdır.

Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 95%-lik payla “Pro Trade Logistics DMCC” şirkəti və 5%-lik payla Sahib Əliyevdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər